Fev 15, 2020 08:57 Asia/Baku
  • MKİ İrana müzakirənin qəbul etdirilməsi siyasətinin uğursuzluğunu etiraf edib
    MKİ İrana müzakirənin qəbul etdirilməsi siyasətinin uğursuzluğunu etiraf edib

Amerika Mərkəzi Kəşfiyyat İdarəsi- MKİ etiraf edib ki, İrana qarşı maksimum təzyiq və sanksiya siyasəti uğursuz qalıb və Tehran heç bir şəraitdə təzyiq altında Vaşinqtonla müzakirəyə hazır deyil.

“Nyu-York Tayms” qəzetinin Amerikadakı məlumatlı rəsmilərə istinadla verdiyi məlumata görə, Amerika Mərkəzi Kəşfiyyat İdarəsi özünün son analizlərindən birində belə bir nəticəyə çatıbdır ki, sanksiyalar təzyiqi İranı Amerika ilə danışıqlara yaxınlaşdırmayıbdır.

“Nyu-York Tayms” Amerikanın anti-İran koalisiyasında yaranmış parçalanmalara toxunub və belə yazıb: MKİ-nin bu nəticəsinə rəğmən, Ağ Ev rəsmiləri hələ də İrana qarşı “maksimum təzyiq kampaniyası” siyasətini himayə edirlər.

“Nyu-York Tayms” əlavə edib: MKİ-nin analizində həmçinin deyilir ki, ABŞ rəsmilərinin iddialarının əksinə olaraq, İran İslam Respublikası rəsmiləri daima Qərbi Asiya ölkələrilə münasibətlərin genişlənməsini rəğbətlə qarşılayıblar.

ABŞ prezidenti Donald Tramp 2018-ci ilin mayında qanunsuz və birtərəfli bir hərəkətdə bu ölkəni nüvə anlaşmasından çıxardı və sanksiyaları geri qaytarmaqla təhdid etdi ki, İran nüvə anlaşmasında dəyişikliyi, eləcə də raket müdafiə proqramı və regionda rol oynamanı əhatə edəcək yeni müzakirələrə boyun əyməlidir.

Tramp hökuməti bu müddətdə ən kəskin sanksiyalar tətbiq etsə də İranı təzyiq altında müzakirəyə məcbur etmək sahəsində heç bir müvəffəqiyyət əldə etməyibdir.