Fev 15, 2020 13:54 Asia/Baku
  • Koronavirusla bağlı Çindən ABŞ-a xəbərdarlıq
    Koronavirusla bağlı Çindən ABŞ-a xəbərdarlıq

Çin xarici işlər naziri xəbərdarlıq edib ki, əgər Amerika Pekinin koronavirusun aradan qaldırılması sahəsindəki səylərinə qarşı addım atarsa, ikitərəfli ticarət razılaşmasına zərbə vurmuş olacaqdır.

"Van İ" Münhen təhlükəsizlik konfransının kənarında söyləyib: Vaşinqton problem yaradaraq, Çin ilə Amerika arasındakı səfərlərin qarşısını alır. Bu məsələ iki tərəfin ilkin ticarət müqaviləsinin icrası üçün problemlər törədibdir.

Çin xarici işlər naziri ABŞ-a xəbərdarlıq edərək deyib ki, Vaşinqtonun koronavirusla mübarizə bəhanəsilə səfər, turizm və ticarəti təhlükəyə salacaq və məhdudlaşdıracaq tədbirlər görməyə haqqı yoxdur.

"Van İ" deyib: Koronavirus Çin üçün dərin bir problemdir, lakin bu ölkə virus epidemiyasını aradan götürməyə çalışır və bu yolda uğurlar da qazanıbdır.

Teqlər