Mart 26, 2020 09:52 Asia/Baku
  • ABŞ-da koronavirusa yoluxanların sayı 60 mini keçib
    ABŞ-da koronavirusa yoluxanların sayı 60 mini keçib

ABŞ-da koronavirusa yoluxma halının təsdiqlənmiş sayı 60 mini keçib.

Məlumata görə, 60 115 nəfərin koronavirusa yoluxması təsdiqlənib, 827 nəfər isə ölüb.

Britaniya Krazliçasının vəliəhdi, Şahzadə Çarlzın koronavirus testi pozitiv çıxıb.Hazırda Şahzadə Şotlandiyada evdə karantin şəraitində öz işlərinə davam edir.

Almaniyada 200-dən çox insan yeni növ koronavirus infeksiyasından ölüb, 37 mindən çoxu bu virusa yoluxub.203 alman virusdan ölüb.

İtaliyada son bir gündə yeni növ koronavirusun yaratdığı xəstəlikdən 683 nəfər ölüb.

Qurbanların ümumi sayı 7503-ə çatıb. Yoluxmuşların sayı hazırda 57521 nəfərdir. Son gün ərzində 1036 nəfər sağalıb, ümumilikdə 9362 xəstə virusdan xilas olub.

Bu günə qədər dünyada ümumilikdə 414 179 insan koronavirusa yoluxub, 18 440 nəfər isə bu virusun qurbanına çevrilib.

ABŞ-DA COVID-19-A YOLUXANLARIN SAYI 60 MİNİ KEÇİB