Mart 26, 2020 12:53 Asia/Baku
  • Meksikada satış mərkəzlərini qarət ediblər
    Meksikada satış mərkəzlərini qarət ediblər

Meksikada satış mərkəzlərində işçilərin və müştərilərin sayının az olması cinayətkarlar ticarət mərkəzlərinin kimsəsiz olmasından sui-istifadə edərək, onlara hücum və onları qarət edirlər.

Kubanın «Prensa Latina» saytı bu gün xəbər verib ki, Meksika koronavirus pandemiyasının ikinci etapına daxil olub və karantinin tətbiqi üzərində təmərküzləşmiş tədbirlər görülübdür ki, insanların küçələrdə iştirakı altmış faizdən çox azalIıb və işçilərin ticarət obyektlərində olmamaları bu məkanların təqribən həmişə boş olmasına bais olubdur.

Cinayətkar qruplar bu vəziyyətdən sui-istifadə edərək, qarət və hücuma üz tuturlar.

Bu cinayətlərdən dördü son saatlarda bu ölkə paytaxtının müxtəlif bölgələrindən xəbər verilibdir.

Bundan əlavə, Meksikanın vətəndaş təhlükəsizliyi nazirliyi ticarət mərkəzlərindən oğurluq etmək istəyən on nəfərin həbs olunmasından xəbər verib.

Bu şəxslər ölkənin ictimai nazirliyinə təhvil veriliblər ki, onların məhkəmə və cəza hökmləri müəyyən edilmiş olsun.

Həmin şəxslərin cəzaları COVID-19 pandemiyasından irəli gələn xas şəraitə görə, şiddətli olacaqdır.

Meksika koronavirus pandemiyası ilə geniş surətdə üzləşən Latın Amerikası ölkələrindəndir. Bu ölkə hökuməti qabaqlayıcı tədbirlər görübdür.

MEKSİKADA SATIŞ MƏRKƏZLƏRİNİ QARƏT EDİBLƏR