Mart 26, 2020 14:14 Asia/Baku
  • Koronavirusdan irəli gələn iqtisadi durğunluq
    Koronavirusdan irəli gələn iqtisadi durğunluq

Beynəlxalq Valyuta Fondunun baş direktoru bazar ertəsi günü 20-lər qrupunun üzvlərilə video-konfransda xəbərdarlıq edib ki, koronavirusdan irəli gələn iqtisadi durğunluq 2008-ci il maliyyə böhranından daha ağır ola bilər.

Beynəlxalq Valyuta Fondunun baş direktoru bir məlumatda bildirib ki, maliyyə nazirlərinə və bankların müdirlərinə 2020-ci il üçün beynəlxalq iqtisadi inkişaf perspektivlərinin mənfi olması haqda xəbərdarlıq və qeyd edibdir ki, azı 2008-ci ildə baş vermiş beynəlxalq maliyyə böhranı qədər və hətta ondan da pis iqtisadi durğunluğun intizarında olmaq lazımdır. 

Beynəlxalq Valyuta Fondunun statistikalarına görə, 2009-cu ildə dünyanın ümumi daxili istehsalı 0,6 faiz azalıb. Bu iqtisadi inkişaf azalması təkcə inkişaf etmiş ölkələr üçün 3,16, avrozona ölkələri üçün isə 4,08 faiz olubdur.

O, deyib: Bu böhranın başlandığı zamandan bəri sərmayə sahibləri yeni peyda olmuş bazarlardan 83 milyard dollar pulu çıxarıblar ki, bu da indiyədək qeydə alınan ən iri sərmayə çıxarılmasıdır.

Koronavirus pandemiyası bir çox ölkəni nəzərəçarpacaq tədbirlər görməyə məcbur edib. Bunlara hava reyslərinin dayandırılması, kafe, restoran və satış mərkəzlərinin bağlanması, milyonlarla nəfərin dünyada karantinə alınmasını misal göstərmək olar ki. bunlar da bütün dünyada iqtisadi fəaliyyətlərin dayanmasına bais olubdur.

KORONAVİRUSUN TÖRƏTDİYİ İQTİSADİ DURĞUNLUQ