Mart 27, 2020 07:54 Asia/Baku
  • Çin prezidenti G20 ölkələrinə müraciət edib

Çin prezidenti G20 qrupuna üzv ölkələrin başçılarından istəyibdir ki, dünya iqtisadiyyatında yenidən rövnəq yaratmaq üçün öz gömrük rüsumlarını azaltsınlar.

Si Tsinpin dünən virtual və video-konfrans formasında keçirilən G20 qrupuna üzv ölkələrin dövlət başçıları ilə növbədənkənar iclasda bu qrupun üzvlərindən istədi ki, dünya iqtisadiyyatında yenidən rövnəq yaratmaq üçün öz gömrük rüsumlarını azaltsın və ticarət gedişi asanlaşsın deyə, gömrüklərin yolundakı idarə maneələrini aradan qaldırsınlar.

Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan da video-konfrans vasitəsilə G20 qrupuna üzv ölkələrin dövlət başçılarının növbədənkənar iclasında iştirak edib.

Bu iclas koronavirusla mübarizə üçün G20 ölkələrinin həmkarlıqlarının artırılması yollarının araşdırılması mehvərilə keçirilib.

G20 qrupu dünya iqtisadiyyatının 85 faizini idarə edir. 

Bu qrupa ABŞ, Avropa Birliyi, Fransa, İngiltərə, Almaniya, İtaliya, Çin, Yaponiya, Rusiya, Ərəbistan, İndoneziya, Avstraliya, Türkiyə, Braziliya, Argentina, Kanada, Hindistan, Cənubi Koreya, Cənubi Afrika və Meksika daxildir.

ÇİN PREZİDENTİ G20 ÖLKƏLƏRİNƏ MÜRACİƏT EDİB

 

Teqlər