Apr 05, 2020 17:32 Asia/Baku
  • Moskva-Ərriyad neft savaşı davam edir
    Moskva-Ərriyad neft savaşı davam edir

Rusiyanın prezidenti və energetika naziri OPEK-ə üzv və qeyri-üzv ölkələrin, o sıradan ABŞ-ın neft hasilatının on milyon barrel azaldılmasını istəyiblər.

Dünyanın iki böyük neft istehsalçısı olan Rusiya ilə Ərəbistanın koronavirus pandemiyasının qızğın çağında neft savaşına girdikləri bir vaxtda Rusiyanın prezidenti Vladimir Putin və energetika naziri Aleksandr Novak onların təbirincə desək, neftin beynəlxalq qiymətində müvazinətin əldə olunması üçün OPEK-ə üzv və qeyri-üzv ölkələrin, o sıradan ABŞ-ın neft hasilatının on milyon barrel azaldılmasını istəyiblər.

Belə bir halda, OPEK-ə üzv və qeyri-üzv ölkələr, başqa sözlə, «OPEK Plas» təmsilçiləri bu gün uzaq məsafədən keçiriləcək iclasda bir daha, neft qiymətində müvazinəti dünya bazarlarına qaytara biləcək bir razılaşmaya nail olmaq üçün danışacaqlar.

Hazırkı qiymətləri öz neft şirkətləri üçün zərərgətirən hesab edən ABŞ prezidenti Donald Tramp hamıdan çox dünyanın iki böyük neft istehsalçısı olan Rusiya ilə Ərəbistanın razılığa gəlmələrini istəyir.

MOSKVA-ƏRRİYAD NEFT SAVAŞI SƏNGİMİR