İyun 25, 2020 09:18 Asia/Baku
  • Yaponiyada 6,2 bal gücündə zəlzələ baş verib

Yaponiyanın şərqində 6,2 bal gücündə zəlzələ qeydə alınıb.

SəhərAzəri APA-ya istinadla xəbər verir ki, bu barədə Yaponiya Meteoroloji İdarəsi məlumat yayıb.

Zəlzələnin episentri Çiba prefekturasının sahilindən kənarda, ocağı isə okeanın dibindən 30 kilometr dərinlikdə yerləşib.

Yeraltı təkanlar Tokion da daxil olmaqla, Kantonun şərq bölgəsindəki bir sıra prefekturalarda hiss edilib.

Dağıntı və tələfat barədə məlumat verilməyib, sunami təhlükəsi elan edilməyib.

Teqlər