İyul 22, 2020 22:28 Asia/Baku
  • Ukrayna altı ölkə ilə viza rejimini ləğv edir - dördü ərəb ölkəsidir

Ukrayna avqustun birindən altı ölkə ilə viza rejimini ləğv edir. 

SəhərAzəri xəbər verir, Sputnik Azərbaycan "RİA Novosti" Ukrayna Prezidenti Vladimir Zelenskinin bununla bağlı sərəncam imzaladığını bildirib.
Məlumata əsasən Ukrayna avqustun 1-dən Avstraliya, Yeni Zelandiya, Bəhreyn, Küveyt, Oman və Səudiyyə Ərəbistanı vətəndaşları üçün viza rejimini ləğv edir. Qərar avqustun birindən qüvvəyə minəcək. Belə ki, adı çəkilən ölkə vətəndaşları 90 günə qədər Ukraynada qala biləcək.

Teqlər