İyul 25, 2020 07:38 Asia/Baku
  • Çin XİN:

Çinin Xarici işlər Nazirliyi bu ölkə ilə ABŞ arasındakı münasibətlərin gərginləşməsindən sonra iki ölkə əlaqələrini çox kövrək adlandırıb.

SəhərAzəri xəbər verir, Əl-Məyadin telekanalının məlumatına görə, Çinin xarici işlər naziri Vanq Yi dünən deyib: "İki ölkə arasındakı münasibətlər çətin və mürəkkəb bir vəziyyətlə üzləşib və Pekin-Vaşinqton arasında yaranmış böhrana görə tamamilə ABŞ məsuliyyət daşıyır".

Çin rəsmisi bu sözləri elə bir halda irəli sürür ki, ABŞ və Çin arasında diplomatik və siyasi gərginliklər pik həddə çatıb və hər iki ölkə bir-birini Hyuston və Çenqduda yerləşən konsulluqların bağlanması ilə hədələyirlər.

Çinin Xarici İşlər Nazirliyi qisas olaraq, ABŞ-ın Siçuan əyalətinin Çenqdu şəhərində yerləşən konsulluğunun bağlanması əmrini verib.

Rəsmi Vaşinqton da iyulun 22-də Pekindən Texas ştatının Hyuston şəhərindəki konsulluğunun 72 saat müddətinə bağlanmasını tələb edib.

 

Teqlər