Avq 18, 2020 21:43 Asia/Baku
  • Tramp: “Tehran Baydenin qalib gəlməsini gözləyir/ Qazansam dərhal İranla razılaşacağam”

ABŞ prezidenti İranın ABŞ-da keçiriləcək seçkilərdə Demokrat namizədi Co Baydenin qazanmasını istəməsi iddiasını təkrarlayıb.

SəhərAzəri xəbər verir, ABŞ prezidenti Donald Tramp bazar ertəsi bir qrup tərəfdarının qarşısında deyib: “Rusiya prezidenti Vladimir Putin, Çin prezidenti Si Cinping, Şimali Koreya prezidenti Kim Jong Un və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “dünya səviyyəli şahmatçılar” olaraq, Jo Baydenin seçkidə qalib gəlməsini gözləyirlər.”
Tramp, Bayden-in ən yaxşı və müsaid illərində yaxşı xıxış edə bilmədiyini bildirərək, onun bərabərhüquqlu bir ortaq kimi adı çəkilən ölkə başçıları ilə işləyə bilməyəcəyini söyləyib. 
Tramp-ın sözlərinə görə, Tehran da Demokrat namizədin 3 Noyabr seçkilərində qalib gəlməsini istəyir.
Tramp deyib: "Əgər qalib gəlsək, dərhal İranla razılığa gələcəyik".
Tramp, Baydenin Pekinlə danışıqlarda təcrübəli olmadığı barədə xəbərdarlıq edərək deyib ki, yenidən seçkidə qalib gəlməsə, Çin ABŞ-ı ələ alacaq.
Bundan əvvəl tərəfdarlarının fərdi toplantısında olan Tramp, seçki qabağı vədləri sirasında İranla bir növ razılığa gələcəyinə söz vermişdi.
Tramp, Joey Insider portalı tərəfindən yayımlanan bir videoda iddia edib: “Seçkidə qalib gəlsək, dörd həftə ərzində İranla razılığa gələcəyik.” 
Trampın bu mövzuda etdiyi iddiaları, ölkəmizin səlahiyyətliləri tərəfindən dəfələrlə rədd edilib. Onlar Nüvə razılaşmasından çıxmadan əvvəl ABŞ ilə danışıqlar apardıqlarını yada salaraq,  yalnız ABŞ-in Nüvə razılaşmasına qayıdıb öhdəliklərinə tam əməl etməsi təqdirində ABŞ-la danışıqlar aparacaqlarını bildiriblər.

Teqlər