Sen 16, 2020 19:29 Asia/Baku
  • İngiltərədə COVID-19-un müəyyən edilməsi üzrə sınaq şüşəsi defisit olub

İngiltərədə məktəblərin və digər sahələrin fəaliyyətlərinin başlanması ilə bir zamanda bu ölkədə COVID-19-un müəyyən edilməsi üzrə sınaq şüşəsi defisitə çevrilib.

SəhərAzəri xəbər verir, İngiltərə mediaları dünən bildiriblər ki, bu ölkədəki on əsas koronavirus epidemiyası mərkəzində, o sıradan Bolton, Salford, Bradford və Mançesterdə COVID-19-un müəyyən edilməsi üzrə sınaq şüşəsi əsla yoxdur.

İngiltərədə müalicə mərkəzlərinin və xəstəxanaların baş həkimləri bildiriblər ki, bu ölkə hökuməti COVID-19-un müəyyən edilməsi üzrə sınaq şüşəsi istehsal və ya əldə etməkdə acizdir. Bu da vətəndaşlara xidmətlərin göstərilməsinə mane olur.

İngiltərənin koronavirusun ikinci epidemiyası imkanından nigarançılıq keçirdiyi bir halda, bu virusun vaxtında müəyyən edilməməsi həmin ölkə vətəndaşları və rəsmilərinin nigarançılıqlarını artırıbdır.

İngiltərədə COVID-19-un müəyyən edilməsi üzrə sınaq şüşəsinin defisitə çevrilməsi elə bir haldadır ki, bu ölkənin baş naziri Boris Conson iri xərcli bir layihə icra etməklə bu ölkə boyu koronavirus üzrə karantin məhdudiyyətlərinin aradan qaldırılmasına zəmin yaratmaq niyyətindədir.

Teqlər