Sen 25, 2020 09:34 Asia/Baku
  • Kelli Kraf: TŞ üzvlərinin müxalifətinin heç bir önəmi yoxdur, Vaşinqton bildiyini edəcək

"Təhlükəsizlik Şurasının digər üzvlərinin İran əleyhinə sanksiyalarla müxalifət etmələrinin heç bir önəmi yoxdur, ABŞ İrana qarşı təzyiqlərini davam etdirəcək"

Səhər Azəri bildirir ki, bu fikirləri ABŞ-ın BMT-dəki səfiri Kelli Kraft cümə günü "Jerusalim Post" qəzetinə verdiyi müsahibədə səsləndirib. 

Kelli Kraft BMT Təhlükəsizlik Şurasının digər 13 üzvünün müxalifətinin ABŞ üçün önəmli olmadığını vurğulayaraq, deyib: "Biz populyarlıq müsabiqəsində iştirak etmirik və bizi təsdiq etməsi üçün təşviqatçılara da ehtiyacımız yoxdur. Bizə lazım olan yeganə şey Trampın fərmanıdır. Biz İrana maksimum təzyiqin göstərilməsini istəyirik. Digər 13 ölkənin istəyinin isə bizim üçün heç bir önəmi yoxdur."

ABŞ hökuməti bazar ertəsi günü İranın nüvə və raket proqramı ilə əlaqədar bir qrup həqiqi və hüquqi şəxsə o cümlədən İranın müdafiə nazirinə qarşı sanksiyalar tətbiq etdi. 

Teqlər