Okt 12, 2020 13:59 Asia/Baku
  • Əfqanıstan Hərbi Hava Qüvvələri Helmənddə Talibana əks hücumu

Əfqanıstanın Helmənd əyaləti son sutkada şiddətli qarşıdurmaların şahidi olub. 71 Taliban silahlısının öldüyü bildirilir. 

SəhərAzəri xəbər verir, bu barədə Əfqanıstanin Daxili İşlər Nazirliyi bəyanat verib.
Bildirilib ki, Taliban Helmənd əyalətinin Navə və Nəhr-Sirac rayonlarında irimiqyaslı hücumlar həyata keçirdikdən sonra bir neçə kəndi nəzarətə götürə bilib.
Lakin ordu və təhlükəsizlik qüvvələri tərəfindən əks həmlənin həyata keçirildiyini və bu həmlədə 71 Taliban silahlısının zərərsizləşdirildiyi açıqlanıb.
Qeyd edək ki, bu qarşıdurmalar Talibanla Əfqanıstan hökumətinin Qətər paytaxtı Dohadakı danışıqları fonunda baş verir.

Teqlər