Okt 19, 2020 09:25 Asia/Baku
  • Dünyada koronadan sağalanların sayı 30 milyonu keçib

Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə dünyada 40 281 741 nəfər korona virusuna(Covid 19) yoluxmuşdur.

SəhərAzəri xəbər verir, Ümumdünya Səhiyyə Təşkilatına görə, İndiyə qədər dünyada 40 milyon 281 min 741 nəfər koronavirusa yoluxmuşdur. Ayrıca, bu günə qədər 30 milyon 116 min 676 xəstə sağalıb və 1 118 328 nəfər ölüb. 

Amerika 8 milyon 387 min 799 nəfər koronavirus xəstəsi və 224 min 730 nəfər COVID-19 qurbanı ilə həm koronavirusa yoluxma, həm də bu virusdan ölüm hallarının sayı baxımından dünya ölkələrinin önündə gedir. Hindistan, Braziliya, Rusiya, Argentina, İspaniya, Kolumbiya, Fransa, Peru, Meksika, İngiltərə, Cənubi Afrika, İran və Şili sırasıyla ikinci on dördüncü sırada yerləşiblər.

Teqlər