Okt 21, 2020 17:42 Asia/Baku
  • Rusiya Qərbi Asiya barədə BMT TŞ iclasının keçirilməsini təklif edib

Rusiya Qərbi Asiyada sülh barədə BMT Təhlükəsizlik Şurasının virtual iclasının keçirilməsini istəyib.

SəhərAzəri xəbər verir, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Təhlükəsizlik Şurasının, şuranın beş daimi üzvü və Almaniyanın iştirakı ilə Fars Körfəzi barədə keçirilən virtual iclasında Vladimir Putinin Qərbi Asiyada sülhün bərqərarı mövzulu iclasın keçirilməsi üzrə təklifini bir daha irəli sürüb.

O, Sepah-ın Qüds qüvvələrinin komandanı general pasdar Qasem Soleymaninin şəhadətinə və bu şəhadətin nəticələrinə toxunaraq, deyib: Qasem Soleymaninin şəhadətindən sonra Fars Körfəzində daha pis ssenarinin qarşısı alındı. Amma Fars Körfəzində vəziyyət kövrək olmaqda davam edir.

Lavrov sonra deyib: Fars Körfəzi bölgəsi səbatsızlıq üzrə təhlükəli təmayüllərə düçar olubdur.

O, Təhlükəsizlik Şurasından istəyibdir ki, bu bölgədəki olayları nəzarətdə saxlasın.

Teqlər