Okt 23, 2020 15:48 Asia/Baku
  • Sonuncu debatdan sonrakı rəy sorğuları

Amerika prezident seçkilərinə iki namizədin ikinci və sonuncu debatından sonra keçirilən əksər rəy sorğuları Co Baydenin Donald Trampdan üstün olmasından xəbər verir.

SəhərAzəri xəbər verir, CNN telekanalının keçirdiyi rəy sorğusunda iştirak edənlərin 53 faizi Baydeni, 39 faizi isə Trampı debatın qalibi elan edibdir.

«US Politics Polls» saytının rəy sorğusunda da respondentlərin 52 faizi Baydeni, 39 faizi isə Trampı debatın qalibi hesab edibdir.

«YouGovAmerica» müəssisəsinin rəy sorğusunda iştirak edənlərin 54 faizi Baydeni, 35 faizi isə Trampı debatın qalibi adlandırıbdır.

2020-ci il Amerika prezident seçkilərinə iki namizədin ikinci və sonuncu debatı dünən gecə elə bir şəraitdə keçirilibdir ki, əlli milyona yaxın amerikalı bu debatdan öncə seçkilərdə iştirak edərək, səs veribdir.

Teqlər