Noy 16, 2020 20:02 Asia/Baku
  • Tunis Sionist rejimi ilə münasibətlərin normallaşmasının əleyhinədir

Tunisin prezidenti Qeys Səid bəzi ərəb ölkələrinin Sionist rejimi ilə münasibətlərin normallaşmasına dair razılaşmanın əleyhinə olduqlarını söyləyib.

SəhərAzəri xəbər verir, Qətərin QNA rəsmi xəbər agentliyinə açıqlama verən Qeys Səid, iki ölkə arasında əməkdaşlığı inkişaf etdirmək üçün qarşılıqlı həqiqi arzu olduğunu söyləyib.

Gələn ilə birgə komissiya iclaslarının keçirilməsinə dair qərar verildiyini bildirən Səid, bir çox sahədə imzalanan müqavilələrin daha funksional olması üçün iş aparılacağını bildirib.

Sionist rejimi ilə münasibətlərin normallaşması ifadəsinə də toxunan Tunis prezidenti, belə danışıb: "Münasibətlərin normallaşması ifadəsinin əleyhinəyəm, çünki əvvəllər belə bir söz yox idi. Bu Kemp Devid müqaviləsindən sonra meydana çıxdı. Dövlətlərin seçimlərinə qarışmırıq, istədikləri hər hansı seçimi edə bilərlər və azaddırlar. Ancaq mənim üçün Fələstin iddiası mərkəzi məsələdir. Çoxları bunu ərəb vətəndaşının maraq dairəsindən kənarlaşdırmağa çalışsa da, Fələstin məsələsi İslam ümmətinin və ərəb xalqının mərkəzi məsələsi olaraq qalacaq".

Səid Dohadakı danışıqlarında beynəlxalq və regional məsələlərə də toxunduğunu və hər iki ölkənin terrorizmə qarşı mübarizədə həmfikir olduğunu bildirib.

İslam və Qərb Dialoqu və ya Konfransının qurulması təklifinin iki ölkə tərəfindən irəli sürüldüyünü söyləyən Səid, bunun ekstremistlər tərəfindən həyata keçirilmiş terror hadisələrindən sonra ortaya çıxan maneələrin aradan qaldırılması və daha uyğun bir anlayış hədəfi ilə düşünüldüyünü bildirib.

Teqlər