Noy 20, 2020 15:27 Asia/Baku
  • Bayden daha bir ştatda qalib oldu

Co Bayden ABŞ-ın Corcia ştatı və oradakı 16 seçki məntəqəsində rəsmi olaraq qalib elan edilib.

SəhərAzəri xəbər verir, ABŞ mediasının bildirdiyinə görə, Bayden ştatdakı qələbəsi ilə Prezident Trampla səs fərqini daha da artırmış olub. Hazırda demokratların lideri 306, respublikaçı Donald Tramp isə 232 seçki məntəqəsindən qalib ayrılıb.

Qeyd edək ki, Co Bayden 7 noyabr tarixində ABŞ prezident seçkilərinin rəsmi qalibi elan edilsə də, hazırki Prezident Donald Tramp bu nəticələrə etiraz edib və səslərin yenidən sayılmasını tələb edib.

Teqlər