Noy 21, 2020 18:11 Asia/Baku
  • Lavrov:

Ermənistan rəsmiləri ilə Qarabağ anlaşmasını müzakirə etmək üüçn İrəvanda səfərdə olan Rusiyanın xarici işlər naziri məlum razılaşmaya yenidən baxılması cəhdlərinin qəbuledilməz olduğunu vurğulayıb.

SəhərAzəri xəbər verir, Rusiyanın xarici işlər naziri Sergey Lavrov keçirdiyi brifinqdə deyib: "10 noyabr tarixində Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladığı bəyanat alternativsizdir".

Lavrov, Ermənistanın baş naziri Nikol Paşinyan və prezidenti Armen Sarkisyanın Dağlıq Qarabağda münaqişəyə son qoymaq üçün Moskvanın vasitəçiliyi ilə Azərbaycan Respublikası ilə əldə edilən anlaşmaya tam sadiq olduqlarını vurğulayıb.

Teqlər