Noy 25, 2020 09:36 Asia/Baku
  • Əfqanıstanda yenə terror olub;14 nəfər ölüb, 45 nəfər yaralanıb

Əfqanıstanda baş vermiş partlayışlarda 14 nəfər ölüb, 45 nəfər yaralanıb

SəhərAzəri “Reuters”ə istinadən xəbər verir ki, terror aktı Əfqanıstanın mərkəzi vilayəti olan Bamiyanda baş verib.

Polisin verdiyi məlumata görə, Bamiyan şəhərinin mərkəzi bazarının yaxınlığında arda-arda iki partlayış baş verib, nəticədə 12 mülki şəxs və 2 yol polisi həlak olub, 45 nəfər isə yaralanıb.

 
 

 

Teqlər