Dek 04, 2020 19:04 Asia/Baku
  • Amerikada koronavirusdan ölənlərin sayında yeni rekord

Amerikada koronavirusla bağlı gündəlik tələfatın sayı yeni rekorda nail olaraq, on bir sentyabr hadisəsindəki tələfata bərabərlik edib.

SəhərAzəri xəbər verir, Dekabrın ikisindən üçünədək, yəni bir sutka ərzində COVID-19-a yoluxma səbəbindən iki min 857 amerikalı həyatını itirib.

Bu rəqəm koronavirusdan irəli gələn ən yüksək göstərici olaraq, 2001-ci il on bir sentyabr hadisəsində ölənlərin sayına təqribən bərabər hesab edilir. Qeyd edək ki, on bir sentyabr hadisəsində ölənlərin sayı, 2977 nəfər olmuşdu.

Vordmeter saytında yayılan statistikaya görə, indiyədək Amerikada on dörd milyon 535 min 196 nəfər COVID-19-a yoluxub, 282 min 829 nəfər isə bu xəstəlikdən həyatını itiribdir.

Teqlər