Jan 07, 2016 18:55 Asia/Baku
  • Kanadalı etirazçılar Ərəbistanla silah müqaviləsinin ləğv edilməsini tələb etdilər
    Kanadalı etirazçılar Ərəbistanla silah müqaviləsinin ləğv edilməsini tələb etdilər

Kanada paytaxtı Ottavada yüzlərlə etirazçı Ərəbistana silah satışı üzrə 15 milyard dollarlıq müqavilənin ləğv edilməsini istəyib.

Səhər Beynəlxalq Televiziyasının Ottava Vətəndaşı qəzetinə istinadla verdiyi məlumata görə, sayları 500 nəfərə çatan və əksəriyyətini Kanadan Brezek şəhəri şiələri təşkil edən etirazçılar Ərəbistan səfirliyinin yaxınlığında yerləşən parlamentin binası qarşısına toplaşıb və iki ölkə arasında silah satışı üzrə müqavilənin ləğv edilməsi və Ərəbistanın bu hərəkətinin pislənilməsini istəyiblər.

Kanada və Ərəbistan arasında zirehli nəqliyyat vasitələri və silah təminatı üzrə müqavilə 2013 və 2014-cü illərdə imzalanıb. Onun dəyəri 15 milyard dollardan çox olub. Bunun isə Kanadanın silah satışı üzrə müqavilələrində analoqu yoxdur.

Səudiyyə Ərəbistanı rejimi ötən şənbə günü 47 məhbus,o cümlədən Şeyx Nimr Baqir əl-Nimri edam edib.

Kanada hökuməti Ərəbistandakı edamları hadisədən bir gün sonra pisləməsinə baxmayaraq, imzaladığı müqaviləni reallaşdırmaq niyyətindədir.

Teqlər

Şərhlər