Sep 10, 2016 12:57 Asia/Baku
  • Mərakeşin şərqində bir terror qrupu məhv edilib
    Mərakeşin şərqində bir terror qrupu məhv edilib

Əlcəzair ordusu bu ölkədə bir terror qrupunun məhv edildiyini bildirib.

Sin-Xoanın məlumatına görə, Mərakeş Daxili İşlər Nazirliyi bu gün bir bəyanat yayaraq bildirib: Ölkənin həssas məkanlarında bomba quraşdırmaq niyyətində olan bir terror qrupu ordu tərəfindən ölkənin şərqində Ucə məntəqəsində məhv edilib. 

Bu bəyanatda bildirilir: Bu terror qrupundan nitrat amonium, kükürd kimi kimyəvi maddələr və bəzi qurğular aşkarlanaraq zəbt olunub. 

Mərakeş Daxili İşlər Nazirliyinin rəsmiləri ehtimal edirlər ki, bu 3 nəfərlik terror qrupu ölkənin bəzi bölgələrində terror aktları törətmək niyyətində olub. 

Mərakeş polisinin ilkin araşdırmalarına görə, terrorçular bomba quraşdırılmış avtomobillərdən istifadə edərək, həssas dövlət binası, əyləncə mərkəzləri və təhlükəsizlik qüvvələrinin qərargahını partlatmaq niyyətində olublar. 

Teqlər

Şərhlər