Nov 26, 2016 11:53 Asia/Baku
  • Fidel Kastro vəfat edib
    Fidel Kastro vəfat edib

Kuba inqilabının rəhbəri Fidel Kastro Rus bu gün səhər 90 yaşında vəfat edib.

Fars xəbər agentliyinin məlumatına görə, Fidel Kastro Kuba inqilabının rəhbəri olmaqdan əlavə, 1959-cu ildən 1976-cı ilədək Kubanın baş naziri, 1976-cı ildən 2008-ci ilədək isə bu ölkənin prezidenti vəzifələrində çalışıbdır.

Kubanın təkpartiyalı quruluşunda yeganə siyasi partiya olan Kuba Kommunist Partiyası 1965-ci ildən 2011-ci ilədək Kastronun rəhbərliyi altında idarə olunurdu.

1976-cı ildə qəbul olunmuş əsas qanuna görə, partiyanın baş katibi hökumətə rəhbərlik edir.

Fidel Kastro Latın Amerikasında kommunist inqilabı simvollarından biri sayılır.

Onun Kubadakı hakimiyyəti dövründə sənaye və ticarət milliləşdirildi  və dövlətin sosialist islahatları bütün cəmiyyətdə icra olundu.

Kastro həmçinin iki dövrədə Qoşulmama Hərəkatının baş katibi olub.

49 il Kubada qüdrətə malik olmuş Fidel Kastro 2008-ci il fevralın 17-də bu ölkə prezidentliyinin daha bir dövrünə yiyələnmək üzrə səydən vaz keçdi və onun 76 yaşlı qardaşı Raul Kastro 2008-ci il fevralın 24-də Fidel Kastronun yerini tutdu.

 

Teqlər

Şərhlər