• BMT BA-da Fələstini himayə üzrə səkkiz qətnamə qəbul olunub

BMT Baş Assambleyasının üzvləri bu assambleyanın xas syasi məsələlər və sionist rejimin işğalçılığına son qoyulması üzrə 4-cü komitəsinin tövsiyəsilə Fələstini himayə üzrə səkkiz qətnamə qəbul ediblər.

Qüds xəbər agentliyinin məlumatına görə, bu qətnamələrdən dördü Fələstinli Didərginlərin Məsələləri üzrə Yardım və İşədüzəltmə Agentliyi- UNRWA-ya və fələstinli didərginlər məsələsinə aiddir ki, bunların hamısı 165-dən çox lehinə səslə BMT Baş Assambleyasında qəbul olunub.

Digər dörd qətnamə də sionist rejimin fələstinlilərin hüquqlarına qarşı hərəkətlərini pisləyərək, BMT Baş Assambleyası üzvlərinin yüksək səsi ilə qəbul edilib.

Bu 4 qətnamədə fələstinlilərin hüquqlarının pozulması, şərqi Qüdsdə və qərb sahilndə sionist qəsəbələrin salınması pislənilibdir.

Belə bir halda, sionist rejim beynəlxalq qətnamələrin heç birinə məhəl qoymayaraq, Qəzzə zolağının mühasirəsi, fələstinlilərin qırğın edilmələri və sionist qəsəbələrin salınmasını davam etdirir.

Həmçinin sionist rejim parlamenti- knesset bazar ertəsi günü gecə ilikin səsvermədə qərb sahilndə onlarla fələstinli məkanın ələ keçirilməsinin üzdəniraq qanuniləşdirilməsi layihəsilə razılaşıbdır.

Sionist rejim sionist qəsəbələr salmaqla fələstinli məntəqələrin coğrafi strukturunu dəyişmək və bu məntəqələrə sionist sima vermək niyyətindədir ki, özünün fələstinli məntəqələrə olan hökmranlıqlarını təsbit etmiş olsun.

 

Dec 08, 2016 14:11 Asia/Baku
Şərhlər