• Ərdoğan Türkiyə xalqına söz verib

Türkiyə prezidenti deyib: Türkiyə terrorizmin kökünün kəsilməsinədək bu nəhs fenomenlə mübarizəni davam etdirəcək.

NDTV-nin portalının verdiyi məlumata görə, Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan bu gün ölkə xalqını əmin edib ki, hökumət terrorçuların öz əməllərinin ağır cəzasını ödəmələrinədək onlarla mübarizəni davam etdirəcək. 

Ərdoğan deyib: İstanbul partlayışlarını törədənlər bu hərəkətlərinin ağır bədəlini ödəyəcəklər. 

Türkiyə prezidenti deyib: İstanbulda dünən gecə baş verən 2 terror aktında 38 nəfər həlak olub 155 nəfər isə yaralanıb. 

Türkiyə prezidenti həmçinin Bəzmialəm xəstəxanasında terror aktı nəticəsində yaralananlarla görüşərək onların müalicəsi ilə maraqlanıb. 

Həmçinin bu gün İstanbulun mərkəzində anti-terrorizm aksiyası keçirilib.

Aksiyasçılar Türkiyə bayraqlarını daşıyaraq terrorizm ilə mübarizəyə təkid ediblər. 

Dec 11, 2016 19:15 Asia/Baku
Şərhlər