• Sabah şiələrin 11-ci imamının səadətli mövlud günüdür
    Sabah şiələrin 11-ci imamının səadətli mövlud günüdür

Sabah rəbiül-əvvəl ayının 8-ci, yanvar ayıının 7-si İmam Həsən Əsgərinin(ə) səadətli mövlud günüdür.

İran xalqı İmam Həsən Əsgərinin(ə) səadətli mövlud günü axşamında şəhərləri bəzəyərək, şirini və şərbət paylayır və bu böyük günü bayram edirlər.

İmam Həsən Əsgəri(ə) 232-ci hicri qəməri ili rəbiül-əvvəl ayının 8-də Mədinə şəhərində dünyaya göz açır.

Şiələrin 11-ci imamı İslam dini ilə bağlı şübhələrə qarşı qətiyyətli mübarizə apararaq, dinin mühafizə edilməsində ciddi səylər göstərib. O, İmama Zamanın(ə) imaməti dövründə müsəlmanların üzərinə düşən vəzifələri şərh edərək, onları sonuncu imamın qeybə çəkiləcəyi dövr üçün hazırlayıblar.

İmam Həsən Əsgəri(ə) Quran-Məcidin misilsiz təfsirçisi idi və bu səmavi kitabın doğru şəkildə təfsir edilməsini insanlara öyrədərək, vəd olunmuş xilaskarın gəlişi barədə onlara müjdə vermiş və müsəlmanları İslamın ali məqsədlərinə çatmaq üzrə ümidvar etmişdir.

İmam Həsən Əsgəri(ə) uşaqlıq dövründə atası İmam Hadi(ə)-ın kənarında olaraq, imamət çeşməsindən sirab olmuş və 22 yaşında, atasının şəhid edilməsindən sonra son dərəcə mühüm və həssas olan imamət vəzifəsini öhdəsinə götürmüşdür.

Şiələrin 11-ci imamının həyatı Abbasi xəlifələrindən olan Mötəz, Möhtədi və Mötəmidin xilafəti dövrünə təsadüf edir. İmam Həsən Əsgəri(ə) o dövrdə boğucu atmosferin hakim kəsilməsinə baxmayaraq, müsəlmanları doğru təlimlər və tədbirlər ilə məlumatlandırmağa çalışmışdır.

İmamət dövrü 6 il sürən İmam Həsən Əsgəri(ə) 28 yaşında şəhid edilir.

İran İslam Respublikası Radio və Televiziya Təşkilatı olaraq İmam Həsən Əsgərinin(ə) səadətli mövlud günü münasibəti ilə dünya müsəlmanlarını və o həzrətin şiələrini təbrik edirik.

Jan 06, 2017 18:30 Asia/Baku
Şərhlər