İranın Mədəniyyət və İslami Əlaqələr təşkilatı 31 ölkəyə mədəniyyət və sənət qrupları göndərərək, novruz festivalı keçirəcək.

İRNA-nın verdiyi məlumata görə, həmin təşkilat bildirib: Xaricdə  yaşayan iranlıların mədəniyyət məsələləri üzrə baş idarəsi müxtəlif ölkələrə mədəniyyət və sənət qrupları göndərərək 1396-cı günəş ilinin növruz festivalını keçirməyi planlaşdırıb. 

Hər il Hicri şəmsi ilinin başlanması münasibəti ilə İranın Mədəniyyət və İslami Əlaqələr təşkilatı tərəfindən keçirilən növruz festivalı yeni günəş ilində 31 ölkədə keçiriləcək. sözü gedən təşkilat İsveç, Danimarka, Finlandiya, Norveç, Bosniya, Cənubi Afrika, Fillipin, Hindistan, Rusiya, Tailand, Qazaxıstan, Türkiyə və Azərbaycan Respublikasına müsiqi kollektivləri və tamaşa qrupları göndərəcək. 

Fərvərdinin 1-ci günü, martın 20-i İran, Azərbaycan Respublikası, Türkmənistan, Tacikistan,  Əfqanıstan, İraq və Türkiyədə novruz bayramı şənliklərinə start verilir. 

Novruz İranda hicri şəmsi ilinin ilk günüdür 

Mar 16, 2017 11:04 Asia/Baku
Şərhlər