• Çikaqoda qanlı atışmalar

ABŞ-ın Çikaqo şəhər polisi bildirib ki, bu şəhərin müxtəlif nöqtələrində baş vermiş atışmanın nəticəsi iki ölü və on yaralı olubdur.

IRNA-nın məlumatına görə, Amerikanın İllinoys ştatında yerləşən Çikaqo şəhərinin polisi bu gün bildirib ki, ötən iki sutka ərzində bu şəhərin müxtəlif nöqtələrində atışma nəticəsində azı iki nəfər ölüb, on nəfər də yaralanıbdır.

Çikaqo polisi bildiribdir ki, bu şəxslər əksər hallarda cinayət dəstələri tərəfindən həyata keçirilən bir neçə atışmada hədəfə alınıblar.

Bu məlumata görə, ölənlərin bəziləri, o sıradan bir neçə qadın küşədən keçərkən Çikaqodakı cinayət dəstələrinin bir-birilərilə hesab çürütmələri zamanı açılan atəşlərin hədəfinə tuş gəlib.

Polis statistikaları göstərir ki, 2017-ci ilin əvvəlindən bəri Çikaqoda 700-dən çox insan odlu silahla hədəfə alınıb.

Statistikalara görə, Amerika bu ölkə xalqının sayı ilə bağlı həddən artıq yüngül silaha malikdir. Belə ki, hər 100 amerikalının payına 90 tüfəng və tapança düşür. Bu, elə bir haldadır ki, silah lobbisnin ABŞ konqresindəki nüfuzuna görə, hökumət və bu ölkədəki iki əsas partiya odlu silahın əldə olunmasını məhdudlaşdırmaq üçün ciddi addımlar atmırlar.

Mar 20, 2017 11:21 Asia/Baku
Şərhlər