• Avropalı analitik: Ərdoğan vətəndaşların milli irqindən bəhrələnir
    Avropalı analitik: Ərdoğan vətəndaşların milli irqindən bəhrələnir

Bir avropalı analitik Ərdoğanın Türkiyə vətəndaşlarının milli irqindən öz xeyrinə bəhrələndiyini vurğulayıb.

Press TV-nin məlumatına görə, Xavyer Farxe bu kanal ilə müsahibədə Türkiyə-Almaniya gərginliyi haqda deyib: Əgər Türkiyə prezidenti nəzərdə tutduğu referendumda qalib gələrsə, bu hadisə onun ixtiyar və qüdrətini artıracaq. Hazırda o, çalışır ki, Türkiyə xalqının və Avropada yaşayan türklərin milli irqi və millətçiliyindən öz xeyrinə bəhrələnsin. Bu məsələ xalqın əsas qanunda Ərdoğanın xeyrinə islahatın aparılmasının lehinə səs verməsinə böyük kömək göstərə və Ərdoğanın hakimiyyətə söykənməsini daha da möhkəmlədə bilər.

O, sonra deyib: Digər məsələ budur ki, Ərdoğan Şərq, xüsusən Rusiya ilə əlaqələrini gücləndirməyə çalışır ki, avropalılara göstərsin; Avropa Birliyinə qatılmağa ehtiyacı yoxdur. Əgər Ərdoğan bu referendumda qalib gələrsə, Avropa Birliyinin hətta Türkiyənin bu birliyə üzvlüyü məsələsini belə araşdırması mümkünsüz olacaq. Buna görə, Ərdoğan üçün bu birliyin Türkiyəyə qarşı hansı mövqe tutması mühüm deyil. Əksinə o, çalışır ki, bu məsələdən Avropa ölkələrində və Türkiyənin daxilində yaşayan türkiyəlilərin milli irqini daha artıq təhrik etmək üçün istifadə etsin. Əlbəttə, belə bir məsələ bəzi cəhətlərdən Türkiyənin zərərinə ola bilər, zira Türkiyə-Almaniya ticarət əlaqələri genişdir və hər iki ölkədə iş adamları qarşılıqlı ticarət əlaqələrinə xələl gətirəcək sözlər eşitmək istəmirlər.

Mar 20, 2017 12:17 Asia/Baku
Şərhlər