• Seul Şimali Koreyanın raket sahəsindəki irəliləyişlərindən nigarandır

Cənubi Koreya Şimali Koreyanın özünün ballistik raket proqramında əldə etdiyi nailiyyətlərindən nigarançılıq edib.

Frans-Press-in məlumatına görə, Cənubi Koreya Müdafiə Nazirliyinin sözçüsü Li Cin Vu bu gün bildirib ki, Şimali Koreya tərəfindən raket motorunun yeni nəslinin son sınağı bu ölkənin ballistik raket proqramlarındakı nəzərəçarpacaq irəliləyişlərindən xəbər verir və Cənubi Koreyanın və regionun təhlükəsizliyi üçün ciddi bir təhdid sayılır.

Şimali Koreya son zamanlar ABŞ-ın dövlət katibi Reks Tillersonun regiona səfərilə bir zamanda ballistik raketlərin motorunun yeni nəslini sınaqdan keçirdi.

Şimali Koreyanın rəsmi informasiya agentliyi dünən bildirib ki, Şimali Koreyanın rəhbəri Kim Çen In bu sınağa nəzarət edərək deyib: Dünya tezliklə bizim böyük qələbəmiz və naliyyətimizni önəminin şahidi olacaq.

Şimali Koreyanın rəhbəri həmçinin deyib: Pxenyan tezliklə bir qitələrarası ballistik raketi sınaqdan keçirəcək.

Mar 20, 2017 12:18 Asia/Baku
Şərhlər