• Fransada polisə qarşı geniş aksiya
    Fransada polisə qarşı geniş aksiya

Minlərlə fransız Fransa polisinin zorakılıqlarına etiraz olaraq Parisdə aksiya keçirib.

Frans-Press-in məlumatına görə, fransalı aksiyaçılar dünən axşam Parisdə "Ədalətsiz sülh yoxdur!", "Polis-hər yerdə, ədalət-heç yerdə!", "Fransanın polis qüvvələri toxunulmazlıqla qətl törədirlər!" şüarları verərək, bu ölkə polisinin zorakılıqlarının dayandırılmasını istəyiblər.

Aksiyaçılar habelə Fransa polisi zorakılıqları qurbanlarının şəkillərini daşıyaraq, bu ölkə polisinin toxunulmazlığının ləğv edilməsini tələb ediblər.

Fransanın daxili işlər naziri Bruno Loro da aksiyaçılara xəbərdarlıq edib.

Fevralın ikisində Teo adlı 22 yaşlı qaradərili gənc Sen-San-Duni rayonunda həbs olunarkən dörd polis tərəfindən döyülərək, cinsi təvavüzə məruz edildi.

Son günlər Fransa xalqı bu ölkənin müxtəlif şəhərlərində polis zorakılığına qarşı aksiya keçirib.

Mar 20, 2017 12:27 Asia/Baku
Şərhlər