• Amerikalı diplomat Yeni Zelandiyadan qovuldu
    Amerikalı diplomat Yeni Zelandiyadan qovuldu

Yeni Zelandiya başçıları deyirlər ki, Vaşinqtonun, polisin təqib etdiyi bu ölkədəki bir amerikalı diplomatın toxunulmazlığının aradan qaldırılması ilə müxalifətinin ardınca bu ameriklı diplomat həmin ölkədən qovulubdur.

Yeni Zelandiyanın baş naziri ABŞ prezidenti Donald Trampın dövlətinin bu amerikalı şəxsin diplomatik toxunulmazlığının aradan qaldırılmasından imtina etməsini təəssüfləndirici adlandırıb və belə deyib: Mən gözləyirdim ki, Amerika dövlətinin özü araşdırmalar aparmaq üçün meydana girəcək.

Yerli medialar bildiriblər ki, bu diplomatın adı, Kolin Uayt olub və həyat yoldaşı və övladları ilə yanaşı, Yeni Zelandiyanı tərk edibdir.

Bu mediaların bildirdiklərinə görə, Uayt texniki bir attaşe kimi Yeni Zelandiyanın kəşfiyyat xidmətilə yaxın həmkarlığa malik olubdur.

Bu amerikan diplomatın cinayətinin detalları elan olunmayıb, amma yerli medialar bildiriblər ki, bu diplomat sınmış burun və göyərmiş gözlə bu ölkəni tərk edibdir.

Mar 20, 2017 19:17 Asia/Baku
Şərhlər