• Türkiyə xalqı ötən il edilmiş uğursuz çevriliş amillərinə qarşı aksiya keçirib
    Türkiyə xalqı ötən il edilmiş uğursuz çevriliş amillərinə qarşı aksiya keçirib

Türkiyə xalqından yüzlərlə nəfər Ankarada hazırda bir Türkiyə zabitini öldürmək ittihamı ilə mühakimə edilməkdə olan uğursuz dövlət çevrilişində ittiham olunan 18 nəfərə qarşı aksiya keçirib.

Assoşieyted-Press-in məlumatına görə, türkiyəli aksiyaçılar bu gün Ankarada 2016-cı il iyul çevrilişini pisləyərək, bu on səkkiz nəfərin mühakimə edilməsini istəyiblər.

Həmin on səkkiz nəfər çevriliş qarşısında müqavimət etmiş bir polis zabitinə tərəf atəşaçmada iştirakda ittiham olunur.

Bu şəxslərin mühakiməsi fevral ayında başlanıb.

Əgər onlar digər cinayət və qətldə günahkar sayılarlarsa, ömürlük həbsə mühakimə olunacaqlar.

Türkiyəli aksiyaçılar həmçinin Türkiyə hökumətinin bu çevrilişi hazırlamaqda ittiham etdiyi Fəthullah Gülənin hərəkətini pisləyiblər.

Türkiyə hökumətinə qarşı uğursuz 2016-cı il 15 iyul çevrilişindən bəri 125 min nəfərdən çox dövlət qulluqçusu Gülən şəbəkəsilə əlaqədə olmaq ittihamı ilə işdən çıxarılıb. Təqribən 40 min hərbçi, polis qüvvəsi və digər dövlət sektorlarının işçisi də həbs olunub.

Mar 20, 2017 20:21 Asia/Baku
Şərhlər