• İdlib hadisəsi terrorçuların anbarının partlaması nəticəsində olub

Rusiya Müdafiə Nazirliyi bildirib: İdlib Hadisəsi Suriya ordusu Hərbi Hava Qüvvələrinin hava hücumunda terrorçuların kimyəvi silah anbarının partlaması nəticəsində baş verib.

İnterFax agentliyinin məlumatına görə, Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov deyib: Suriya Hərbi Hava Qüvvələri İdlib vilayətinin Xan Şeyxun bölgəsində terrorçulara aid kimyəvi silah daşıyan minaatanlar düzəldən sexi bombardman ediblər.

Rusiya Müdafiə Nazirliyinin sözçüsü bildirib: Suriya Hərbi Hava Qüvvələrinin terrorçuların mövqelərinə hücumunda terrorçuların hərbi silah-sursatları və anbarı məhv edilib.

Beynəlxalq təşkilatlar və Suriya hökumətinin çoxsaylı hesabatlarına əsasən, terrorçular dəfələrlə Suriya ordusu və vətəndaşlarına qarşı kimyəvi silahlardan istifadə ediblər.

ABŞ, İngiltərə və Fransa çərşənbə axşamı günü BMT Təhlükəsizlik Şurasına qətnamə təqdim edərək Suriyada kimyəvi hücumu pisləyib və bu barədə tam araşdırmaya başlanılmasını istəyiblər.

Apr 05, 2017 13:07 Asia/Baku
Şərhlər