• ABŞ hökumətinin İran qarşısında ziddiyyətli xarici siyasəti

CNN təhlilçiləri ABŞ hökumətinin xarici siyasətlərinin ziddiyyətli və reallıqdan uzaq adlandırıblar.

CNN televiziyasının məlumatına görə, ABŞ dövlət katibi Reks Tillerson Şimali Koreya əleyhinə sərt sözlərdən sonra, İranın sorağına gəlib və İran əleyhinə sərt sözlərdən istifadə edib. O İranın tezliklə Şimali Koreyanın nüvə təhlükəsi kimi ola biləcəyini deyib. Buna görə, ABŞ bu barədə hansı işi görməlidir. CNN analitikləri bu məsələni araşdırıblar. 

Siyasi analitik Megi Haberman deyib: Reallıq budur ki, ABŞ hökumətinin siyasətlərində mövcud reallıqla hansı strategiyanın olduğunu biz hələ də bilmirik. İranın nüvə anlaşması haqda isə, bu, istədiyiniz zaman cıra biləcəyiniz sənəd deyil. Bu anlaşma təkcə İran və ABŞ arasında deyil. Buna görə, heç bir vəchlə siyasi sözlərdə İranın anlaşması haqda belə mövqeyi seçmək olmaz. Seçkqabağı təbliğat kampaniyasında Donald Trampın bu məsələ və digər məsələlər haqda sözləri çox radikal idi. Belə ki, ölkənin idarə olunması üçün mövcud reallıqlardan çox uzaq idi. Buna əsasən, hazırda Trampın köməkçiləri məsələləri təhlil etməklə onlar haqda reallığa əsaslanan siyasətləri sərgiləməyə çalışırlar. 

Siyasi analitik Erol Luis də deyib: Fikrimcə, xarici siyasətdə belə strategiya bir növ paralellikdir. Yəni müxtəlif qurumlar eyni mövzular haqda paralel şəkildə siyasətləri seçir və elan edirlər. Halbuki bir-biri ilə fərqlidir. Xarici siyasət haqda bütün dünya ilə söhbət etmək, xarici siyasətin müxtəlif məsələləri haqda onlara öz mövqeyini bildirmək və mövqeyin sərgilənməsinin səbəblərini onlara açıqlamaq lazımdır. Əlbəttə belə problemlər heç bir siyasi təcrübəsi olmayan şəxsi prezident seçərkən baş verir. Belə şəxs düşünür ki, hər şey "iki üstəgəl iki dörd edər"dir, sadə danışıqlarla həll olunur. Halbuki milyonlarla insanın rəyinin əhəmiyyətli olduğu çərçivəyə, o cümlədən İranın daxilindəki olan müxaliflərə əhatəsi yoxdur. ABŞ-ın dəyərlərinin nə olduğunu, ABŞ-ın strategiyasının nə olduğunu, Amerikanın hansı işləri görməli olduğunu və başqalarının onu necə dəstəkləyəcəklərini bilməlidirlər. Beləliklə Tramp hökuməti ziddiyyətli açıqlamaları ilə bir çox potensial müttəfiqlərini itirir. 

Apr 21, 2017 12:36 Asia/Baku
Şərhlər