• Çində sürücüsüz avtomobillər sərgisi

Dünyanın müasir texnologiyalarına malik mindən çox avtomobil Şanxay 2017 Avtomobil sərgisində sərgilənib.

Volkswagen, Toyota, BMW kimi avtomobilqayırma sənayesində böyük şirkətlər builki sərgidə elektrik və sürücüsüz avtomobilləri ilə dünyanın diqqətini çəkiblər. 

Bu sərginin qapıları cümə gününə qədər hamının üzünə açıqdır. 

Proqnoz olunur ki, bu sərgi ilə 1 milyon insan yaxından tanış olaacq. 

Çinin Çanqan Avtomobilqayırma Şirkətlər Qrupunun sədr müavini Vanq Çun deyib: Düşünürəm ki, şəhər və yeni texnologiyanın istehlakı yeni istehlak tələblərini yarada bilər. Bu da birneçə istiqamətli və çeşidli inkişaf formasında avtomobil sənayesinin yüksəlməsinə səbəb olacaq. 

Apr 21, 2017 12:36 Asia/Baku
Şərhlər