• Rus gəmisi Filippində

İdarə olunan Kruz raketləri ilə təchiz edilmiş Varyaq kreyseri cümə axşamı günü xoşməramlı məqsədlə Filippinin paytaxtı Manilaya yan alıb.

Rusiyanın Sakit okeanda ən böyük hərbi gəmisi olan Varyaq Peçenqa neft tankeri ilə birlikdə Manilaya yan alıb. 

Bu gəminin kapitanı Aleksey Ulyanenko ümidvarlıq edib ki, onların Manilaya yan alması Rusiya və Filippin arasındakı dostluq və əməkdaşlığın güclənməsinə kömək edəcək. 

Varyaqın ekipajı həftənin sonunda bir konsert təşkil edəcək və adi vətəndaşların gəmi ilə yaxından tanış olmasına şərait yaradacaq. 

Qeyd edək ki, Filippin prezidenti Rodriqo Duterte Mosva ilə yaxın əlaqələr qurmaq ardıncadır. Yanvar ayında da Rusiyanın bir esminesi Manilaya yan almışdı. 

Apr 21, 2017 12:37 Asia/Baku
Şərhlər