• Qurana hörmətsizlik edən merin həbsi istənildi
    Qurana hörmətsizlik edən merin həbsi istənildi

İndoneziya prokurorları Quran-Kərimə hörmətsizlik edən Cakarta şəhərinin xristian merinin həbs edilməsini istəyiblər.

İndoneziya prokurorları bu gün təklif ediblər ki, 50 yaşlı Busaki Tecahama Purnama bir daha müqəddəslərə hörmətsizlik etdiyi halda bir il azadlıqdan məhrum edilsin. Cakartanın xristian merinə bu həbs, paytaxtın meriya seçkilərində onun müsəlman rəqibi Anis Basudana uduzmasından sonra istənilib. 

Proqnoz olunur ki, yekun qərar gələn həftələrdə veriləcək. Cakarta merinin Qurana hörmətsizlik etməsindən sonra onun əleyhinə irimiqyaslı aksiyalar keçirildi. 

Apr 21, 2017 13:09 Asia/Baku
Şərhlər