• Kadırov: 50-dən çox ölkə Rusiya əleyhinə addım atıb

Çeçenistan prezidenti deyib: 50-dən çox ölkə Rusiyanı hədəf almaq məqsədilə bir planda iştirak edir.

Rusiya əl-Youm televiziyasının məlumatına görə, Ramazan Kadırov RT ilə eksklüziv müsahibədə bildirib: Bu ölkələr Çeçenistanda silahlı insidentləri idarə etməklə, silahlı qrupların üzvlərinə təlim keçməklə Rusiya əleyhinə bu planda iştirak edirlər. Eyni zamanda Çeçenistandakı qarşıdurmalarda Avropa ölkələrindən yaraqlılarla qarşılaşmaların şahidi olmuşuq. 

O əlavə edib: Son illərdə qərb və Avropada təhlükəsizlik xidmətləri Rusiyaya zərbə vurmaq üçün lazım olan hər bir işi görüblər. Onlar bu istiqamətdə Çeçenistan respublikasını qarşıdurmaların idarə olunması üçün meydan kimi seçiblər. Son on il ərzində biz Çeçenistanda ağır qarşıdurmaların şahidi olmuşuq. Bu qarşıdurmalar sadəcə silahlı qruplaşmalarla deyildi, üstəlik qərbin təhlükəsizlik xidmətlərinin güclü metodlarla təlim keçdikləri avropalı yaraqlılarla qarşıdurmalar da var idi. 

Kadırov bildirib: Əldə olan informasiyalara əsasən, bu şəxslər 50 ölkədən Çeçenistana gəliblər. Rusiya öz hakimiyyətini müdafiə və sübut edib ki, güclü ölkədir və bir şəxsin bu ölkə və xalqına qarşı addım atmasına icazə verməyəcək. 

Apr 21, 2017 13:28 Asia/Baku
Şərhlər