• Venesueladan Braziliyaya gedənlərin sayı artıb

Venesuelada böhran bu ölkə vətəndaşlarının Braziliyaya üz tutmasına səbəb olub.

France 24 televiziyasının məlumatına görə, Venesuela bir neçə ay öncədən analoqu olmayan böhranlarla üzləşib. Hazırkı siyasi böhrandan əlavə bu ölkə ilkin ehtiyaclarda 70% çatışmazlıqla üzləlşib. Venesuela vətəndaşları aclıq böhranı, həmçinin idarədən çıxmış inflyasiya ilə qarşılaşıblar. Nəticədə çoxlu venesuelalı bu ölkəni tərk edir və Braziliyaya sığınır. Venesuela vətəndaşları min kilometrdən çox məsafəni qət edərək Braziliyanın Rurayma ştatında sığınacaq düşərgələrinə çatırlar. Hər on venesuelalıdan altı nəfəri Braziliyada yaxşı həyatlarının olacağı qənaətindədirlər. 

Apr 21, 2017 14:24 Asia/Baku
Şərhlər