• Neo-mühafizəkarların televiziyasında əxlaq pozuntusu

5 qadın əməkdaşından cinsi sui-istifadə etmək ittihamı ilə müqəssir hesab olunan Fox News televiziyasının aparıcısı və prodüsseri işindən uzaqlaşdırılıb.

CNN-in məlumatına görə, Bill Oreilly Fox News televiziyasının ulduzu sayılırdı. Cari ayın əvvəlində Nyu-York Times qəzeti bir məqalədə bildirmişdi ki, Fox News və XX Əsr Fox Şirkəti şəbəkənin sahibi kimi Oreillini cinsi sui-istifadə şifahi incitmə ilə ittiham edən 5 qadına 13 milyon dollar pul ödəyərək bu rüsvayçılıq işini həll etməyə çalışıblar. 

Oreilly bu ittihamı rədd edib və onun vəkli iddia edib ki, şikayətçilərin məqsədi müvəkkilinin imicinə siyasi və maliyyə səbəblərinə görə zərbə vurmaqdır. 

Fox News mühafizəkar və ABŞ-da müharibə tərəfdarı olan xəbər televiziyalarındandır və islam əleyhinə təbliğatda böyük rolu oynayır. 

Apr 21, 2017 14:53 Asia/Baku
Şərhlər