• Yapon qanunvericilərinin təhrikedici hərəkəti
    Yapon qanunvericilərinin təhrikedici hərəkəti

Onlarla yapon qanunverici və o cümlədən Nazirlər Kabinetinin bir üzvü təhrikedici bir hərəkətdə Yaponiya müharibəsi qurbanlarının xatirəsinə yaradılan Yasunki məbədini ziyarət edib.

Ötən əsrlərin ortalarında Yaponiyanın hərbiçiliyinin simvolu sayılan bu məbədə baş çəkmək bu ölkənin qonşularının etirazlarına səbəb ola bilər.

Yaponiyanın NHK televiziyası məlumat verib ki, təxminən 95 deputat, o cümlədən rabitə naziri Sanaei Takaiçi cümə günü bu məbəddə ölkənin müharibə qurbanlarının xatirəsini yad ediblər.

Röytersin Tokiodan verdiyi məlumata görə, baş nazir Şinzo Abe 2013-cü ilin dekabr ayında bir dəfə bu məbədə gedib.

Yaponiyanın öncəki siyasətçilərinin Tokionun ətrafında yerləşən bu məbədi ziyarət etməsi qonşu Asiya ölkələrinin reaksiyası və etirazına səbəb olub.

Apr 21, 2017 16:31 Asia/Baku
Şərhlər