• Rusiyada silahlı hücum

Rusiyanın şərqində Xabarovsk şəhərində Federal Təhlükəsizlik Xidmətinin ofisinə hücum olub.

İTAR-TASS-ın məlumatına görə, Rusiya Federal Təhlükəsizlik Xidməti bildirib: Silahlı şəxs nəzarət bölgəsindən keçdikdən sonra idarəyə daxil olub və atəş açıb.

Hadisədə bir zabit və bir vətəndaş həlak olub, başqa bir vətəndaş da yaralanıb.

Silahlı şəxs təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin ictimai əlaqələr şöbəsi bildirib: 18 yaşlı A.V.Konov neo-nasist qrupla əlaqədə olub.

Apr 21, 2017 21:01 Asia/Baku
Şərhlər