• Amerikada
    Amerikada "1 May" yürüşü Tramp əleyhinə aksiyaya çevrildi

On minlərlə amerikalı "1 May" Ümumdünya Zəhmətkeşlər Günü münasibəti ilə Vaşinqtonda təşkil edilən aksiyada iştirak edib, bu ölkə prezidenti Donald Trampın siyasətlərinə qarşı şüarlar veriblər.

İRİB-nin verdiyi məlumata görə, "1 May" Ümumdünya Zəhmətkeşlər Günü münasibətiilə on minlərlə amerikalı Vaşinqtonun Mək Person parkında aksiya keçirib. 

Aksiyada çıxış edənlərdən biri deyib: Təəssüflər olsun ki, Vaşinqtonda lobbiçi qruplar fəaliyyət göstərməklə məşğuldurlar. Onların işi senatorlar və konqresmenləri nəzarət altında saxlamaq və işçilərin əmək haqqının hər saat üçün 15 dollara artırılması üzrə layihənin qəbul edilməsinə icazə verməməkdir. 

Bu etiraz aksiyasında ABŞ-ın Yaşıllar Partiyasının nümayəndəsi habelə, Təqaüdçülərün Sığorta Təşkilatı nümayəndələri də iştirak ediblər. Aksiya iştirakçılarının əllərində daşıdıqları plakatların üzərində "Trampın qarşısında dayanacağıq", "Sərmayə sahiblərindən vergi alın", "Zəhmətkeşlər birləşin" şüarları yazılıb. 

Amerika iqtisadiyyatında mühacirlərin böyük rola malik olmasını nəzərə alaraq, aksiya iştirakçıları "1 May" Ümumdünya Zəhmətkeşlər Günü yürüşündə mühacirlər ilə həmrəylik nümayiş etdiriblər. 

May 01, 2017 10:42 Asia/Baku
Şərhlər