Facebook sosial şəbəkəsi qərəzli bir hərəkətdə Hispan TV-nin istifadəçi hesabını bağlayıb.

Hispan TV kanalı bir bəyanatda bildirib ki, Facebook mayın 15-də bu kanalın 900 min nəfər tərəfindən izlənilən istifadəçi hesabını bağlayıbdır.

Bu bəyanata görə, hələ Facebook-un bu qərarının dəlilləri aydınlaşmayıbdır.

2016-cı ilin avqustunda da Facebook Ərəbistanda qadınların qeyri-insani durumu barədə videoçarxı paylaşdığına görə, Hispan TV kanalının istifadəçi hesabını bir həftə müddətinə bağlamışdı.

Son zamanlar Facebook-un ABŞ-ın kəşfiyyat təşkilatları ilə həmkarlığı barədə məlumatlar yayılıbdır.

Hispan TV kanalı indiyədək düzgün xəbərlər, sənədli verilişlər və müxtəlif dəyimi masalar təqdim edərək, dünyada çoxlu sayda insanın diqqətini cəlb edə bilibdir.

May 18, 2017 14:10 Asia/Baku
Şərhlər