• Ermənistan hökuməti istefaya gedib

Ermənistan prezidenti Serj Sarkisyan cümə axşamı günü baş nazir Karen Karapetyanın hökumətinin istefası ilə razılaşıb.

Sin-Xoa İnformasiya Agentliyinin məlumatına görə, Ermənistan konstitusiyasına əsasən, hökumət yeni parlamentin işə başladığı ilk gündə istefa verməlidir. Prezident də bu istefadan on gün sonraya qədər yeni baş naziri təyin etməlidir. Yeni hökumət 20 gün ərzində təşkil olunmalıdır. 

Ermənistanın yeni parlamenti cümə axşamı günü ilk iclasını təşkil edib. 

Hazırkı hökumət yeni hökumətin iş başına gəldiyi zamana qədər öz vəzifəsini yerinə yetirəcək. 

Son anlaşmaya əsasən, hakim Respublikaçı partiyası və Erməni İnqilab Federasiyası partiyasının koalisiyasının üzvləri yeni nazirlər kabinetinin əsasını təşkil edəcəyi ehtimal olunur. 

Respublikaçı partiyasının Ermənistan parlamentində 58 deputatı vardır. 

Ermənistan Konstitusiyasına dəyişikliklər üzrə 2015-ci il 6 dekabr referendumundan sonra bu ölkənin ilk parlament seçkiləri 2 apreldə keçirildi. 

Serj Sarkisyanın 2-ci prezidentlik dövrü 2018-ci il apreldə sona çatacaq. 

May 19, 2017 11:22 Asia/Baku
Şərhlər