• ABŞ Venesuelanın 8 ədliyyə rəsmisinə sanksiya tətbiq edib
    ABŞ Venesuelanın 8 ədliyyə rəsmisinə sanksiya tətbiq edib

ABŞ-ın Xəzinədarlıq Nazirliyi Venesuelanın 8 ədliyyə rəsmisinin adını sanksiyalar siyahısına əlavə edib.

Sputnik İnformasiya Agentliyinin məlumatına görə, ABŞ Xəzinədarlıq Nazirliyi cümə axşamı günü iddia edib ki, Venesuelanın ali məhkəməsinin 8 hakimi ötən illər ərzində bu ölkə parlamentinin səlahiyyətlərini məhdudlaşdıran qərarlar verib. 

ABŞ həmişə Venesuela hökumətinin fəaliyyətləri istiqamətində təxribatlar ardınca olub. 

Venesuela son vaxtlar hökumət əleyhinə aksiyalar, etirazçılar və polis arasında qarşıdurmaların şahididir. Prezident Nikolas Maduro ABŞ və Vaşinqtona bağlı sağçı partiyaları bu iğtişaşların səbəbkarı hesab edir. 

May 19, 2017 11:22 Asia/Baku
Şərhlər