• Nyu-York Times müxbiri İran vətəndaşlarının seçkilərdə aktiv iştirakını açıqlayıb
    Nyu-York Times müxbiri İran vətəndaşlarının seçkilərdə aktiv iştirakını açıqlayıb

Nyu-York Timesın Tehrandakı müxbiri vətəndaşların seçkilərdə aktiv iştirak etdiyini və İranda olduğu ötən 15 ildə analoqsuz olduğunu bildirib.

İRNA-nın məlumatına görə, Nyu-York Timesın Tehrandakı müxbiri Tomas Erdbrinq cümə günü İran xalqının 12-ci prezident seçkilərində aktiv iştirak etdiyini bildirib: Tehranda olduğum 15 il müddətində bu gün Tehranın Erşad hüseyniyyəsində ən uzun sıranı müşahidə etdim. 

ABŞ-ın Los-Anceles Times qəzetinin İstanbuldakı müxbiri də Twitterdəki səhifəsində yazıb: İstanbulda yaşayan iranlılar seçkilərdə iştirak etmək üçün uzun sıra təşkil ediblər və İranın İstanbuldakı konsulluğunun ətrafında prezident seçkilərinə səs vermək üçün yüzlərlə iranlı sırada gözləməkdədir. 

May 19, 2017 19:35 Asia/Baku
Şərhlər